Bakı. Trend:
COP29 çərçivəsində Gənc Məruzəçilər Akademiyası (YNA) tərəfindən“Gənc liderlər forumu” təşkil olunub.
Trend xəbər verir ki,“YNA-nın COP29 Gənc Liderlik Forumu” müxtəlif yanaşmalarınqarşılıqlı əlaqəsini, təsirlərini və bir-birini necə tamamladığınıöyrənərək, nəsillərarası ədaləti təmin etmək və qlobal iqlimsiyasətini yönləndirmək üçün müzakirələr, təşviqat, lobbiçilik,birbaşa fəaliyyət və digər sahələrdə fəaliyyət göstərən ən önəmligənc iqlim liderlərini bir araya gətirib.
Tədbirdə ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj, Fələstingənclərini COP29-da təmsil edən Məhəmməd Usrof, BMT-nin İqlim vəətraf mühit üzrə gənclərinin nümayəndəsi Siqurt Seindal Krabbe,Uqandada fəaliyyət göstərən “Yaxşı Həyat” beynəlxalq təşkilatınınicraçı direktoru Denis Akampurura və digər gənclər çıxış edərəkiqlim dəyişiklikləri ilə bağlı mübarizə yollarından danışıblar.Müzakirədə gənclərin səslərinin harada, necə və hansı şəkildə əntəsirli formada eşitdirə biləcəyi və uğurla iqlim tədbirləri həyatakeçirilməsi imkanları araşdırılıb.
Nəzərə çatdırılıb ki, iqlim dəyişikliyinin qarşısını almaq vəsıfır emissiyaya nail olmaq üçün gənclər fəal olmalı və problemibeynəlxalq təşkilatlar, milli hökumətlər qaşşısındaqaldırmalıdırlar.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.