"Hər il iqlimdə olan dəyişikliklər birmənalı şəkildə ekoloji problemlərə gətirib çıxarır"
Milli Məclisin deputatı Arzu Nağıyev bunu News365.az-a deyib.
"Birləşmiş Millətlər Təşkilatının bu tədbiri, COP29 Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir. Məlumdur ki, 197 ölkə bunu qanuni şəkildə radifikasiya edərək bu tədbirdən doğan məsələləri, həm də təhlükəsizliyə təhdidin qarşısını almaq üçün gündəmə gətirib. Hər bir dövlətin istər terror təhdidi, istər digər təhdidlər və ekoloju təhdiddə çox mühüm məsələdir. Hər il iqlimdə olan dəyişikliklər birmənalı şəkildə ekoloji problemlərə gətirib çıxarır. Son vaxtlar Aysperqlərin əriməsi, onların süyündan, buzundan istifadə edərək iqtisadi cəhətdən özlərinə xeyir götürən bir təbəqə yaranıb. Bunların hamısı süni şəkildə müdaxilə etdikcə problemlər daha da böyüyür.
Bu da son anda bir sıra dövlətlərdə daşqınlara, uçqunlara eyni zamanda müxtəlif problemlərə gətirib çıxarır və təbiətdə balansın pozulması hər bir dövlətə iqtisadi, maddi cəhətdən ciddi zərbələr vurur. Bunların qarşısının alınması müghüm məsələdir. Vaxtında bunun qarşısını almaq lazımdır.
Bu gün də Azərbaycanın bu məsələlərdə öndə getməsi, qoşulmama hərəkatının nümayəndələrinin iştirakı ilə proseslər geniş vüsət alıb. Bu sonda genofondun məhvinə, təbiətin məhvinə gətirib çıxaran məsələdir. Bunun qarşısı mütləq şəkildə alınmalıdır.