AZ

Natiq Cəfərli: "COP29 Azərbaycanın turizm potensialına müsbət təsir göstərəcək"

"COP29 kimi beynəlxalq tədbirlər istəlinən ölkə üçün ölkənin tanıtımı və turizm potensialı, bir də bərpa olunan enerjiyə yeni investisiyaların cəlbi üçün önəmli plaformadır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O vurğulayıb ki, artıq tədbirlə bağlı dünyanın bütün aparıcı media qurumları məlumatlar paylaşır:

"Bu o deməkdir ki, Azərbaycan haqqında daha çox məlumat, daha geniş informasiya yayılır. Bu da birbaşa turizm potensialına müsbət təsir göstərəcək. Azərbaycana böyük nümayəndə heyətləri də gəlib. Tədbirdə həm biznes, həm də dövlət və hökumət çevrələrinin nümayəndələri də iştirak edir. İnvestisiyalar cəlb etmək üçün də xüsusi bir imkan, eyni zamanda böyük fürsətdir".
 


İqtisadçı hesab edir ki, COP29 çərçivəsində yeni müqavilələr bağlanacaqsa, Azərbaycanla yeni layihələr həyata keçiriləcəksə və bununla bağlı  investisiya layihələri imzalanacaqsa, bu yeni iş yerlərinin açılması demək olacaq:

"Bu da yeni iqtisadi potensial deməkdir. Amma əsasən ictimai iaşə obyektlərinə, kafe və restoranlara kifayət qədır təsiri olacaq".

Bahar Rüstəmli
Seçilən
51
1
qaynarinfo.az

2Mənbələr