AZ

“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü” mövzusunda panel müzakirə keçirilib

Bakı. Trend:

Noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) çərçivəsində BMT-nin Təlim və Tədqiqatİnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə qarşımübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü”mövzusunda panel müzakirə keçirilib.

Trend xəbər verir ki, paneldəçıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla işüzrə şöbəsinin müdir müavini Ebru Canan-Sokullu son illərdə bir çoxali təhsil müəssisələrinin davamlılıq və iqlim dəyişiklikləri iləəlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərinisöyləyib.

O bildirib ki, universitetlərdə iqlim dəyişiklikləri ilə bağlıelmi araşdırmalar aparılır:

“Burada gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki,yeni nəsil iqlim dəyişikliyi məsələlərinin həllində önəmli roloynayacaq”.

Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu hesab edir ki,universitetlər növbəti nəsillərin iqlim məsələləri barəsindəmaarifləndirilməsinə töhfə verəcək.

O bildirib ki, ali məktəblər bu mövzu ilə bağlı təcrübə vəməlumatlarını artırmalıdırlar:

“İqlim dəyişiklikləri ilə bağlı mütəmadi olaraq keçirdiyimizseminarlara tələbələrlə yanaşı, vətəndaşlar da gələ bilir.Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməlidir. Davamlıekoloji kampusların qurulması hədəfimiz olmalıdır”.

Hindistanın “GEDU Global Education” xidmətinin baş icraçıdirektoru Vişvadjit Rana COP29-un enerji keçidi olduğunuvurğulayıb. O bildirib ki, yaşadığı yerdən asılı olmayaraq hər kəsyeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyəistiqamət götürə bilər.

Sonda universitetlər arası əməkdaşlıq məsələləri müzakirəolunub, suallar cavablandırılıb.

Seçilən
28
5
az.trend.az

7Mənbələr