Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçirilib.
Arena.az xəbər verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.
Azərbaycan yığmasının heyətində 1 idmançı medal qazanıb. 55 kq çəki dərəcəsində yarışan Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.
Yarışın 2-ci günündə isə Canpolad Əliyev (90 kq) fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.
Beləliklə, Azərbaycan yığması bu turniri iki medalla başa vurub.
Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparıb. Azərbaycan millisi bu yarışa 21 cüdoçu ilə qatılmışdı.