İsrail Qəzza zolağında humanitar zonaya daxil olan obyektlərin siyahısını genişləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“IDF humanitar zonanın genişləndirilməsini elan edir, bura hazırda müharibənin əvvəlindən yaradılmış səhra xəstəxanaları, çadır düşərgələri, sığınacaqlar daxildir”, - deyə məlumatda bildirilir.
Departament bu addımın beynəlxalq ictimaiyyətlə razılaşdırılaraq atıldığını qeyd edib.