AZ

Şiqeru İşibu Yaponiyanın baş naziri seçildi

Fins.az - Yaponiyanın Liberal-Demokrat Partiyasının (LDP) lideri Şiqeru İşibu ölkənin baş naziri seçildi.

Parlamentin aşağı palatasında keçirilən ikinci turda 221 deputat onun lehinə səs verib. Bu nəticə ilə İşibu yenidən baş nazir vəzifəsinə təyin olunub. Onun rəhbərliyi altında qurulacaq hökumət azlıq hökuməti olaraq fəaliyyət göstərəcək.

Parlamentin səsverməsindən əvvəl hökumət istefa verib və bildirilib ki, İşibu qələbə qazandığı təqdirdə kabinetin tərkibi dəyişməyəcək.

Seçilən
34
fins.az

1Mənbələr