Bakı.Trend:
''Trendyol''un dayanıqlılıq üzrə yol xəritəsi COP gündəliyinəuyğundur və biz bu platformanı dayanıqlılıq sahəsində məqsəd vəhədəflərimizə nail olmaq üçün yaxşı bir fürsət kimi görürük.
Bu barədə Trend-in sorğusunacavab olaraq “Trendyol” dan məlumat verilib.
Bildirilib ki, “Trendyol''un COP29-da iştirak etməkdə əsasməqsədi buradakı aparıcı ekspertlər və təşkilatlarla təcrübə vəfikirləri mübadilisi aparmaq, həmçinin, dayanıqlılıq və sosialtəsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə''Trendyol''un iqlim davanıqlılığı və dayanıqlı biznes təcrübəsiniartırmaq üçün gələcək strategiyalarının formalaşmasında mühüm roloynayacaq.
Trendyol COP29-da həm öz pavilyonu ilə təmsil olunur, həm dəTürkiyə və Azərbaycandan olan elm adamlarını birləşdirən''Dayanıqlı Gələcək Platforması''nın pavilyonun başsponsorudur.
COP29 müddətində ''Trendyol'' tədbir iştirakçılarınadayanıqlılıq və sosial təsir sahəsində həyata keçirdiyi bir çoxlayihəni, eyni zamanda, 2024-cü il üzrə Dayanıqlılıq Hesabatınıtəqdim edəcək.