Noyabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəyə işgüzar səfərə gəlmiş Avropa İttifaqının (Aİ) parlament nümayəndə heyəti ilə görüşdən imtina edib.
Məlumatı “İzvestiya.ru” verib.
O, Facebook sosial şəbəkəsində yazıb: “Nümayəndə heyətinin bəzi üzvlərinin Gürcüstanın siyasi və parlament rəhbərliyi ilə görüşmək niyyəti məni, həqiqətən, təəccübləndirdi”.
O, Gürcüstan hakimiyyətinə və cəmiyyətinə qarşı qeyri-dost münasibəti də diqqətə çatdırıb. Onun sözlərinə görə, “qeyri-dost ritorika” Gürcüstanın sülh və demokratik sabitliyi qorumaq səylərinə mane olur.
Papuaşvilinin qeyd etdiyi kimi, nümayəndə heyətinin bəzi üzvləri parlament seçkilərindən əvvəlki dövrdə Gürcüstan hakimiyyətini tənqid edib və vətəndaşları müxalifətin lehinə səs verməyə çağırıblar ki, bu da Gürcüstanın seçki qanunvericiliyinin pozulması deməkdir.
P.ƏMİRCANOV
XQ