AZ

Hakimi vuran klub rəhbəri 4 il azadlıqdan məhrum edildi

“Ankaragücü”nün sabiq prezidenti Faruk Koca 4 il müddətinə azadlıqdan məhrum edilib.

İdmanxeber.az-ın məlumatına görə, klubun sabiq rəhbəri qəsdən sağlamlığa zərər vurma ittihamı ilə cəzalandırılıb. Ötən ilin dekabrında Koca Türkiyə Super Liqasının 15-ci turunun “Rizəspor”la oyunundan (1:1) sonra hakim Halil Umut Meleri hücum edib. 

Daha sonra “Ankaragücü”nün prezidenti vəzifəsindən istefa verərək və ömürlük futboldan uzaqlaşdırıldı.

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr