AZ

Belarus, Serbiya, Slovakiya və Nepal prezidentləri Bakıya gəldilər

Belarus Prezidenti Aleksandr Lukaşenko, Slovakiya Prezidenti Peter Pelleqrini, Nepal Federal Demokratik Respublikasının Prezidenti Ramçandra Paudel, Serbiya Prezidenti Aleksandar Vuçiç, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəliblər.

Marja xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.

Seçilən
16
marja.az

1Mənbələr