AZ

Təkər ustası elektromobilin batareyasını zədələdikdə...

Elektromobillər ənənəvi avtomobildən ağır olduğu üçün təkərlər də maşın ağır və çevikdir, sürtünmə və aşınma çox olur.

Avtosfer.az xəbər verir ki,  xarici ölkələrdə tez-tez rast gəlinən bir məqam da təkər dəyişərkən batareyanın zədələnməsidir. Domkratın düz yerləşdirilməməsi nəticəsində batareyanın zədələnməsi halları az olmayıb. Çünki bu vacib detal çox vaxt döşəmədə (sürücü və ya sərnişinin ayağı altında) yerləşdirilir.  
İstər maşının standart domkratı olsun, istərsə dətəmir sexlərindəki hidravlik domkrat, hər ikisinin yerləşdirilməsi  təlimatdakı kimi olmalıdır. Batareya zədələndikdə sürücü minlərlə manat ziyana düşəcək. Elektrolit axması da kiminsə səhhətinə ciddi ziyan vura bilər. 
Ən vacib məqam, belə hallarda batareyanın zədələnməsini sığorta paketinə daxil olmamasıdır. Buna görə də, işi peşəkara həvalə etmək lazımdır.

Vüqar Yaşaroğlu

Seçilən
34
avtosfer.az

1Mənbələr