Tramp vəzifəsinin ilk günündə qeyri-qanuni miqrantların deportasiyası üzrə ölkə tarixində ən böyük əməliyyatı elan edəcək.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qərargahının sözçüsü Kerolayn Livitt deyib.
"O, ABŞ tarixində qeyri-qanuni miqrantların ən böyük deportasiyasını həyata keçirmək üçün əməliyyat keçirəcək", - deyə TASS Kerolayndan sitat gətirib.
Leavitt əlavə edib ki, Tramp ABŞ-ın cənub sərhədini qorumaq üçün bütün tədbirləri görməyə hazırdır.
Bundan əvvəl Tramp Gömrük və Sərhəd Mühafizəsinin keçmiş direktoru Tomas Homanı ABŞ sərhədində təhlükəsizliyin təmin edilməsinə cavabdeh şəxsi təyin edib.
Zaur, BakuPost