AZ

Amorimin "Mançester Yunayted"in baş məşqçisi kimi gəlişi gecikir

Portuqaliyalı çalışdırıcı Ruben Amorim İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi vəzifəsinə hələ də başlamayıb.

90deqiqe.Az-ın “ESPN”ə istinadən məlumatına görə, Amorim iş vizası almaqda müəyyən çətinliklərlə üzləşdiyindən onun işin başına keçməsi gecikmə ilə başlaya bilər.

Qeyd etmək lazımdır ki, bütün bu məsələlər yaxın gələcəkdə öz həllini tapmalıdır. Portuqaliyalılar tezliklə mankunianlara rəsmən rəhbərlik etməli olacaqlar.

Xatırladaq ki, Ruben Amorim əvvəllər “Sportinq”də çox uğurla çalışıb. Mançester klubunda portuqaliyalı yeni mövsümə uğursuz başlayandan sonra qovulan Erik ten Haqı əvəzləyib. Hazırda "qırmızı şeytanlar" Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir.

Seçilən
31
90deqiqe.az

1Mənbələr