AZ

Xəzər dənizində balina olduğuna inanmaq... - Kamran Əsədov

...Orta məktəbdə coğrafiya və biologiya fənlərinin tədrisində boşluqlar olduğunu, böyük əksəriyyətimizin bu fənləri oxumadığını, sadəcə qiymət aldığımızı göstərir

İki gün əvvəl Xəzər dənizində dirisi görüntülənən nəhəng balığın bu gün səhər saatlarına Bakı Bulvarında ölüsü tapılıb. Xəzər dənizinin Bakı sahilində nəhəng bir balinanın ölü halda tapılması həm yerli sakinlərin, həm də sosial medianın diqqətini cəlb edib. Tarixi məlumatlara görə, X     əzərdə balinaların yaşaması mümkün deyil axı?! Bu səbəbdən  Xəzərin sahilində balinaya bənzər canlının peyda olması insanları heyrətləndirib, bu nəhənglikdə bir balığın Xəzər dənizinə necə, haradan gəlməsi ilə bağlı müxtəlif iddialar səsləndirilib:                                                                                                                                             
-"Nəhəng balina bədənlərinin, böyük su nəqliyyat vasitələri ilə gətirilib yerləşdirilməsi də mümkündür", "Çox nadir hallarda, fərqli dəniz sistemləri və şiddətli hava şəraitləri balinaların yanlış istiqamətə yönəlməsinə səbəb ola bilər" və s...

Sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılmasının real olmadığını bəyan edən mütəxəssislər isə hadisə COP-29 ekoloji sammiti ilə eyni vaxtda baş verdiyi üçün bunu təbii hadisə yox, ekoloji mesaj və ya diqqət çəkmə üsulu kimi dəyərləndiriblər.
Açıqlanan məlumatlarda da bunun maket olduğu və dünyadakı ekoloji problemlərə diqqət çəkmək məqsədi ilə hazırlandığı deyilib.
Qeyd edilib ki, bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir. 
 Sözügedən layihə iqlim dəyişikliklərinə diqqət çəkmək üçün “Captain Boomer” əsəridir. Bu maket dünyanın bir çox şəhərlərində zaman-zaman sərgilənir.
 Onu da deyək ki, CaptainBoomer Collective, Belçikalı bir sənət qrupu olaraq, sahilə çıxmış balina instalyasiyaları ilə tanınır. Onlar bu hiper-realist instalyasiyaları müxtəlif Avropa şəhərlərində, o cümlədən London, Paris və Madrid kimi yerlərdə nümayiş etdiriblər.
Bu instalyasiyalar, sahilə vurmuş balinanın təbii hadisəsini nümayiş edərək, ekoloji problemlərə və insanın təbiətə təsirinə diqqət çəkməyi hədəfləyirlər. Qrupun əməkdaşları balinanın ətrafında  alimlər kimi fırlanaraq hadisə öyrəndiklərini nümayiş etdirirlər. 
Captain Boomer Collective-in dəstəyi ilə COP29-un ərəfəsində Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkmək olduqca vacibdir. Xəzər dənizi, dünyanın ən böyük qapalı su hövzəsi olaraq, zəngin bioloji müxtəlifliyə və təbii resurslara malikdir. Lakin son illərdə dənizdə ciddi ekoloji problemlər müşahidə olunur.

Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə "Sherg.az" a açıqlamasında deyib ki, Xəzər dənizində balina olduğuna inanmaq, orta məktəbdə coğrafiya və biologiya fənlərinin tədrisində boşluqlar olduğunu, böyük əksəriyyətimizin bu fənləri oxumadığını, sadəcə qiymət aldığımızı göstərir: " Biologiya fənnində qeyd olunur ki, balinalar okeanların açıq və dərin sularında yaşayan dəniz məməliləridir. Xəzər dənizi isə qapalı bir su hövzəsi olaraq balinaların ehtiyac duyduğu ekosistem xüsusiyyətlərini, o cümlədən geniş okean şərtlərini təmin etmir. Coğrafiya fənnində bu fərqliliklər və ekosistem uyğunluğu mövzuları tədris olunsaydı, bir çoxumuz da yaxşı oxusaydıq belə bir yanlış anlaşılma yaranmazdı. 
Bu kimi hadisələr təbiət elmlərinin daha dərin tədrisinin və gənc nəsillərə dəqiq elmi biliklərin ötürülməsinin nə qədər vacib olduğunu bir daha vurğulayır. Təbiəti daha yaxşı anlamamız üçün təhsildə elmi yanaşmaların önəmi danılmazdır.
Bu hadisə, təhsilin vacibliyini və təbiət haqqında daha dərin və dəqiq biliklərə sahib olmağın nə qədər önəmli olduğunu bizə xatırlatdı. Elm və təhsilə marağı artırmaq, gələcəkdə bu cür səhvlərdən qaçmaq üçün ən etibarlı yoldur".
Seçilən
32
36
sherg.az

10Mənbələr