Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdəsəfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birincivitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanda nəqliyyat sahəsindəhəyata keçirilən layihələr barədə danışılıb.
Həmin layihələrin maliyyələşməsində Bankın mümkün iştirakıməsələsi müzakirə olunub.