AZ

Azərabaycanda toyda ölümlər artır


Lənkəran rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, toyda iştirak edən rayon sakini Mircəlal Dadaşovun halı qəflətən pisləşib.

Belə ki, M.Dadaşova məclisdə söz verilib. O, çıxış edərək ailə quran gənclərə xeyir-dua verib və rəqs edib. Az sonra masaya əyləşən qonaq qəfil yıxılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etməsini müəyyən edib.

M.Dadaşovun ürək çatışmazlığından dünyasını dəyişməsi bildirilib.

Qeyd edək ki, son 2 ayda toyda iştirak edənlərin ölməsi faktı 3 dəfə qeydə alınıb.


MEDİCİNA.AZ
Seçilən
42
13
medicina.az

10Mənbələr