AZ

Keniya nümayəndəsi: "COP29-dan gözləntim odur ki, vəd edilən maddi dəstək reallaşacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP inkişaf etmiş və inkişafda olan bütün ölkələri birləşdirən mühüm sammitdir. Dünya ölkələri bu sammit çərçivəsində iqlim problemlərinin həllinə nail olmaq üçün bir araya gəlirlər".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Keniya nümayəndəsi Valentina Çeruyot deyib.
O bildirib ki, iqlim dəyişikliyi ciddi problemdir və COP29 çox sayda ölkəni bu problemin həllinə nail olmaq üçün bir araya toplayıb:
"COP29-un məqsədi bu məsələyə həm də maddi baxımından yanaşmaq, yəni inkişaf etməkdə olan ölkələrə bu problemin öhdəsindən gəlməyə kömək etməkdir. Mənim bu sammitdən gözləntim odur ki, vəd edilən maddi dəstək reallaşacaq. Bundan sonra isə digər problemlərin həllinə nail olunacaq".
"Azərbaycanın dəstəyinə gəlincə, bu imkan verəcək ki, iqlim dəyişikliyinin yaratdığı problemlərə qarşı daha güclü mübarizə aparaq. Çünki Azərbaycan buna qadirdir", - deyə Keniya nümayəndəsi əlavə edib.
Mərahim Nəsib
Seçilən
53
50
oxu.az

10Mənbələr