ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi ilə Ukraynadakı münaqişənin sona çatması ümidləri artıb. Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Tramp ABŞ seçkilərində qalib gəldikdən sonra Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı ümidlər artdı. Biz Krımla bağlı mövqeyimizdən göründüyü kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik .Bu, yalnız böyük insan itkilərinə, dağıntılara və xərclərə gətirib çıxarır",- deyə Fidan “Milliyet” qəzetinə açıqlamasında bildirib.
Nazir xatırladıb ki, Türkiyə münaqişənin ilk günündən diplomatiyaya üstünlük verilməsində təkid edib. “Biz tərəfləri danışıqlar masasına oturtmaq üçün diplomatiyanın bütün imkanlarından istifadə etdik” Fidan qeyd edib.
O, həmçinin təsdiqləyib ki, “Türkiyə Ukraynadakı münaqişənin hər iki tərəfin razılaşdıracağı format və parametrlər çərçivəsində ədalətli və davamlı sülhün əldə edilməsi səylərində vasitəçi rol oynamağa hazırdır”.
Oxuməni.az