AZ

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi (FOTO)

Bakı. Trend:

Lider operatorun Azərbaycan Cüdo Federasiyası iləəməkdaşlıqda həyata keçirdiyi sosial kampaniyalar bir sıranominasiyalar üzrə Türkiyənin ən prestijli reklam mükafatlarındanolan Felis-ə layiq görülüb.

Reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələriqiymətləndirən “Felis Mükafatları” Azercell-in fəaliyyətini yüksəkdəyərləndirib. “Felis Mükafatları” çərçivəsində təşkil edilən“Felis Azərbaycan” Azercell və Azərbaycan Cüdo Federasiyasınınbirgə həyata keçirdiyi sosial təşəbbüsləri fərqli kateqoriyalarüzrə 10 mükafata layiq görüb və tərəfdaşları “İlin markası” elanedib.

Noyabr ayının 8-i İstanbulun Haliç Konqress Mərkəzində keçirilənmükafatlandırma mərasimində iştirak edən Azercell-in KorporativÜnsiyyət departamentinin direktoru Sona Abbasova bildirib: “Həyatakeçirdiyimiz hər bir sosial təşəbbüsün əsas məqsədi cəmiyyətimizə,ölkəmizə faydalı olmasıdır. Cüdo Federasiyası ilə tərəfdaşlığımızsayəsində bu amala xidmət edən “Qızlara ağ yaraşır”, “Söz verirəm”,“Doğru yol budur” kampaniyalarımızı ərsəyə gətirmişik.Layihələrimizin beynəlxalq və yerli müsabiqələrdə uğuru biziməməkdaşlığın məhsuldarlığının bariz nümunəsidir”.

Qeyd edək ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası 6kateqoriya üzrə 7 mükafatın sahibi olub. Azərbaycanın bölgələrində1000 qızı cüdoya cəlb etməyə müvəffəq olan bu təşəbbüs müsabiqəninQran Pri mükafatına layiq görülüb. Eyni zamanda, kampaniya“Korporativ Sosial Məsuliyyət (KSM) / Korporativ imic”,“İnteqrasiya edilmiş reklam kampaniyaları”, “PR kampaniyalar”,“Datadan istifadə”, “Rəqəmsal, mobil və sosial platformalardanistifadə”, “İnteqrasiya edilmiş mediadan istifadə” kateqoriyalarıüzrə mükafatlar qazanıb.

Narkomaniyanın fəsadlarına diqqət çəkməklə sağlam həyat tərzinintəbliğatına və idmana olan marağın artırılmasına yönələn “Doğru yolbudur” sosial layihəsi isə “Brendləşdirilmiş musiqi videosu” və“Print və çöl reklamlarının istifadəsi” kateqoriyası üzrə mükafatqazanıb.

Qeyd edək ki, Azercell və Cüdo Federasiyasının birgə həyatakeçirdikləri bu sosial təşəbbüslər dəfələrlə beynəlxalq və yerlimükafatlara layiq görülüb.

“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinəkeçid etməyinizi xahiş edirik.

Azercell
Azercell
Azercell
Seçilən
19
12
az.trend.az

10Mənbələr