AZ

Hər gün 2 yumurta yesəniz orqanizmdə nə baş verəcək?

Niderland alimləri sübut edir ki, xüsusi əks-göstərişlər olmadığı halda gündə 2 yumurta yemək çox faydalıdır.

Belə ki, bu halda insan orqanizmi daha çox miqdarda xolin əldə edəcək. Xolin beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Həmçinin xolin maddəsi onkoloji xəstəliklərin riskini azaldır.  

Yumurta B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər saçlar, dəri və dırnaqların sağlamlığını qoruyur. Bundan əlavə B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Saglamolun.az xəbər verir ki, yumurtanın istehlakı orqanizmdə xolesterinin səviyyəsini qaldırmır. Əksinə fosfatıd və Omeqa-3 yağlı turşularla zəngin olan yumurta ürək-damar sisteminin sağlamlığını qoruyur.

Lüteinlə zəngin olduğunda yumurta gözlər üçün çox faydalıdır.

Yumurta orqanizmdə qocalma proseslərini ləngidir, qırışlar və piqment ləkələri azaldır.

Seçilən
16
turanpress.com

1Mənbələr