Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Bu barədə “EDnews”-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə danışılıb. Həmin layihələrin maliyyələşməsində Bankın mümkün iştirakı məsələsi müzakirə olunub.