AZ

Bu meyvə və tərəvəzlərin qabığı daha FAYDALIDIR – SİYAHI

Əksəriyyət meyvə və tərəvəzləri qabığını soyduqdan sonra istehlak edirlər. Lakin ekspertlər bəzi bitki məhsullarının qabıqlarının daha çox faydalı olduğunu bildirirlər.

Bizim.Media qabığı faydalı olan meyvə və tərəvəzləri təqdim edir:

Alma 

Bu meyvənin qabığı həzmi yaxşılaşdırır, iltihabı azaldır. Ürək xəstəliyi kimi xroniki xəstəliklərdən qoruyur.

Kök 

Kök qabığı lif, A, C və K vitaminləri və antioksidantlarla çox zəngindir.

Banan 

Bu meyvənin qabığı əhval-ruhiyyəni yaxşılaşdırır, həzmi dəstəkləyir və ürək sağlamlığını gücləndirir.

Kartof 

Kartof qabığı çox qidalıdır və flavonoidlərlə zəngindir.

Xiyar

Bu tərəvəzin qabığı yaxşı  lif mənbəyidir, ntioksidantlarla zəngindir. Həmçinin, dərini nəm saxlayır.

Portağal

Portağal qağığı immuniteti gücləndirir və dəri sağlamlığını yaxşılaşdırır. O cümlədən, iltihabın qarşısını alır.

Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr