AZ

Nəsillərarası dialoq Karib bölgəsinin davamlılığı üçün vacibdir - Şeril Senhaus

Bakı. Trend:

Nəsillərarası dialoq Karib regionunun dayanıqlılığı üçün əsasəhəmiyyətə malikdir.

Trend xəbər verir ki, bunumaliyyə innovasiyaları üzrə direktor Şeril Senhaus Bakıda"Fəaliyyətdə birlik: Karib bölgəsinin ədalətli və dayanıqlı adalarıüçün müxtəlif nəsillərin səsləri" mövzusunda panel müzakirəsindəbildirib.

Onun sözlərinə görə, yaşlı nəsil ənənəvi biliklərə malikdir vəonlar adət-ənənələr haqqında məlumatı ötürə bilərlər.

"Onlar çözümlərin tapılmasına kömək etmək üçün yeni texnologiyavə yanaşmaları ənənəvi metodlarla birləşdirməyin yollarını tapabilərlər. Şübhəsiz ki, biz kənd təsərrüfatı ilə bərpa olunan enerjimənbələri, maliyyə ilə texnologiyanın kəsişməsini görürük.Həmçinin, mikro maliyyələşdirmə platformaları mövcuddur ki, bu dayalnız iqlim sahəsində deyil, həm də adətən maliyyə resurslarınaçıxışı olmayan insanlara kömək edir", - Şeril Senhaus qeydedib.

O əlavə edib ki, gənclərin ideyalarını inkişaf etdirənyanaşmaların formalaşdırılması vacibdir ki, bu ideyalar həyatakeçirilə və miqyaslana bilən imkanlara çevrilsin.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
25
3
az.trend.az

4Mənbələr