AZ

Sərdar Ortac və Mehmet Eli Erbil həbs edilib-VİDEO

Türkiyənin məşhur müğənnisi Serdar Ortaca, aktyor və teleaparıcı Mehmet Əli Ərbil və bəzi məşhur sosial media simalarının da olduğu 20 şübhəli barəsində qanunsuz mərc oynadıqları iddiası ilə istintaq başladılıb.

Azpost.info Haberler.com-a istinadla xəbər verir ki, bu istintaq çərçivəsində Mehmet Ali Erbil və Serdar Ortac saxlanılıb. Barəsində həbs qərarı çıxarılan keçmiş futbolçu Batuhan Karadeniz isə Türkiyəyə qayıdarkən dərhal saxlanılacaq.

Bildirilir ki, S.Ortac yatdığı üçün qapısında polisi eşitməyib və cəmi yarım saat sonra qapını açıb. Bu günə kimi 14 nəfər saxlanılıb, onların işləri məhkəməyə verilib.

 

Seçilən
36
azpost.info

1Mənbələr