1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fövqəladə Hallar Komitəsinin iclasını keçirərək qurumun rəhbəri Tedros Adhanom Qebreyesusa meymunçiçəyi xəstəliyinin ("Mpox") səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edib-etmədiyini bildirəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə təşkilatın 11 noyabrda dərc edilmiş məlumatında bildirilir.
"ÜST noyabrın 22-də təşkilatın baş direktoruna məsləhət vermək üçün "Mpox" üzrə Fövqəladə Hallar Komitəsini çağıracaq", - deyə məlumatda vurğulanıb.
ÜST-nin rəhbəri Qebreyesus əvvəllər Afrikada meymunçiçəyi xəstəliyinin yayılmasını ictimai səhiyyə sahəsində epidemioloji xarakterli fövqəladə vəziyyət adlandırıb. Onun sözlərinə görə, bu problem beynəlxalq əhəmiyyət daşıyır.