AZ

Oksford Universitetinin akademiki: “Azərbaycan üzvi qidalarla bağlı dünyada liderlərdən biridir” – ÖZƏL

"Möhtəşəm Azərbaycan və Bakıya ilk səfərimdir. Bu gün səhər Bakıya gəlmişəm və gözlərimin önündə günəşin gözəl doğumunu gördüm. Bakı çox gözəl şəhərdir, təmizdir, burada insanlar çox mehribandır və əlbəttə ki, şəhər tarixi əhəmiyyətlidir".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Oksford Universitetinin akademiki Ana Nakvalovyt Bakıda keçirilən COP29 tədbiri haqqında danışarkən deyib.

O, Azərbaycanın ekologiya dostu ölkə olduğunu bildirib:

"Azərbaycan ekologiya dostu olmaq istiqamətində böyük addımlar atır. Məsələn, üzvi qidalarla bağlı. Siz bu sahədə liderlərdənsiniz və düşünürəm ki, əlinizdən gələni edirsiniz".

"Green Economics İnstitute" üzvü COP29-dan gözləntilərini açıqlayıb:

"Əsas məqsəd maliyyəni necə əldə edəcəyimiz, nə qədər vəsait lazım olduğu, bu məbləği nə zaman əldə edəcəyimiz və vəsaitin hara gedəcəyini öyrənməkdir".

Nuray, Günay Şahmar, Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr