AZ

Fransalı sabiq nazirdən ETİRAF: “Ermənistanla dost ola bilərik, ancaq Azərbaycan haqlıdır” – VİDEO

“Azərbaycan Qarabağı işğal etmədi, geri qaytardı”.

Bizim.Media xəbər verir ki, bunu dəfələrlə ölkəmizi mənfi obrazda göstərməyə çalışan “France 24”ün canlı yayımında Fransanın keçmiş dövlət katibi və sabiq ətraf mühit naziri, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalonde deyib.

COP29-un Bakıda keçirilməsini, Fransa ilə Azərbaycan arasında münasibətlərin aşağı səviyyəsini və Cənubi Qafqazdakı vəziyyəti şərh edən Lalonde vurğulayıb ki, Makron fikir ayrılıqlarına baxmayaraq, bu tədbirdə iştirak etməli idi: 

“Bəli, bizim Ermənistanla əla münasibətlərimiz var, amma bu, o demək deyil ki, o haqlı idi. 1990-cı ildə Ermənistan Qarabağı işğal edib. Ancaq nədənsə hamı bunu unudub və düşünür ki, Azərbaycan Qarabağı işğal edib. Xeyr, Azərbaycan sadəcə olaraq, onu geri qaytardı. Beynəlxalq qanunlara görə, onların bunu etmək hüququ var idi”, - deyə eks-nazir qeyd edib.

Onun sözlərinə görə, bir çox fransız siyasətçilərində bu məsələdə yaddaş itkisi müşahidə olunur, ancaq onlar diqqətli olmalıdırlar: 

"Nə deyilməyindən asılı olmayaraq, mən hesab edirəm ki, Azərbaycan gözəl ölkədir, onlar öz işlərini görür, COP-u yüksək səviyyədə keçirirlər. Biz onlara tədbirin daha da uğurlu keçməsinə kömək etməliyik", - Lalonde deyib.
 

Aparıcı Fransa prezidentinin davranışına haqq qazandırmağa çalışaraq, Trampın iqlim məsələlərinə şübhə ilə yanaşdığını əsas gətirib və deyib ki, “buna görə Makron orada iştirakını mənasız hesab edir”. Ancaq eks-nazir vurğulayıb ki, bu, fransızların bir siyasətçidən gözlədiyi davranış deyil.


"Lider israrlı olmalı və öz yolundan dönməməlidir. Əgər əvvəllər onun mövqeyi belə idisə, o, iqlim problemləri üzərində işləməyə davam etməli idi", - deyə Lalonde fikrini yekunlaşdırıb.


Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr