Nigeriyalı ulduz futbolçu Viktor Osimhen adını Türkiyə Superliqasının tarixinə yazdırıb.
Redaktor.az "SporX"ə istinadən xəbər verir ki, "Qalatasaray"ın ulduzu meydana çıxdığı ilk altı matçın hər birində qola qatqı göstərib.
Viktor Osimhenin bu göstəricisi Türkiyə Superliqasında ilk olub.
Bundan başqa, Osimhen 2014/15 mövsümündən bu yana Türkiyə Superliqasında başla ən çox zərbə endirən futbolçu olub.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı doqquz görüşdə səkkiz qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.