AZ

Serdar Ortaç və Mehmet Ali Erbil məhkəməyə belə aparıldılar - YENİLƏNİB, VİDEO/ FOTO

Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğunun sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə başlatdığı istintaq çərçivəsində məşhur müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil saxlanılıb.

Korrespondent.az yerli KİV-ə istinadən xatırladır ki, məşhurlar da daxil olmaqla ümumilikdə 20 nəfər saxlanılaraq məhkəməyə aparılıb.

Keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam, eyni zamanda həm Rusiya, həm də Türkiyə vətəndaşı olan Aleksander Mensikof saxlanılanlar arasındadır.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da ölkədə səs-küyə səbəb olan bu hadisə ilə bağlı açıqlama verib: "Məhkəmənin başlatdığı istintaq və bunun nəticəsində həyata keçirilən həbslər var. İstintaqa uyğun şəxslər özlərini müdafiə edəcəklər. Əgər ortada bir cinayət varsa, əlbəttə ki, buna uyğun tədbir görüləcək".

Türkiyəli məşhurların məhkəməyə aparılması görüntülərini təqdim edirik:

***13:44

İstanbul Cümhuriyyət Prokurorluğu sosial mediada “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə istintaq başladıb.

Korrespondent.az NTV-yə istinadən bildirir ki, istintaq çərçivəsində məşhur aparıcı Mehmet Ali Erbil daxil olmaqla 15 nəfər saxlanılıb.

Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu deyilən müğənni Serdar Ortaçın isə axtarışda olduğu bildirilib.

Seçilən
44
13
korrespondent.az

10Mənbələr