AZ

Şoyqu Çinə getdi

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Çinə işgüzar səfərə gəlib. Bu barədə RİA Novosti məlumat yayıb.

Təhlükəsizlik Şurasının katibi səfəri zamanı ölkənin ali siyasi rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir. O cümlədən, Şoyqu Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək və onunla strateji təhlükəsizlik məsələlərini müzakirə edəcək. Bundan əlavə, Təhlükəsizlik Şurasının katibi Airshow China 2024 aviaşousuna baş çəkəcək.

Pekinə endikdən sonra Şoyqunu Rusiyanın Çindəki səfiri İqor Morqulov və Çinin xarici işlər nazirinin müavini Liu Bin qarşılayıb.

Əvvəllər məlum olub ki, Şoyqunun Çinə səfəri noyabrın 11-dən 14-dək davam edəcək. Rusiyanın beşinci nəsil qırıcı Su-57-nin xaricdə ilk nümayişi Airshow China 2024 aviaşousunda baş tutacaq.

Seçilən
13
1
oxu24.com

2Mənbələr