"Sportinq"in yeni baş məşqçisi açıqlanıb.
QOL.az xəbər verir ki, Lissabon təmsilçisini Joao Pereyra çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. O, bu vəzifədə "Mançester Yunayted"in baş məşqçisi təyin edilən Ruben Amorimi əvəzləyib.
Qeyd edək ki, Joao Pereyra 2021-ci ildən "Sportinq"in akademiyasında çalışır. O, son olaraq "Sportinq"in B komandasının baş məşqçisi işləyib.