AZ

Siama Etiyenne: COP29 bizim təşviq etdiyimiz təşəbbüsləri maliyyələşdirməyə imkan verəcək

COP29 konfransı Mərkəzi Afrika ölkələrinin, xüsusən də Konqo hövzəsinin meşələrinin, meşə ehtiyatlarının qorunması üçün tədbirləri maliyyələşdirmək baxımından vacibdir. Mərkəzi Afrika ölkələrinin çoxlu resurs tələb edən inkişafa ehtiyacı var və ərazimizin 47 faizi meşələrlə örtülüdür.

Bunu AZƏRTAC-a müsahibəsində Mərkəzi Afrikanın Meşə Təşəbbüs Təşkilatının nümayəndəsi Siama Etiyenne deyib.

S.Etiyennenin sözlərinə görə, inkişaf məqsədlərinə çatmaq üçün daha çox resurslara malik olmaq vacibdir: “Bu resurslar əsasında biz meşələrimizi, parklarımızı qorumaq üçün tədbirləri maliyyələşdirə bilərik. COP29 bizə imkan verəcək ki, milli inkişaf strategiyası şəraitində təşviq etdiyimiz təşəbbüslərimizi maliyyələşdirək və istixana qazları emissiyalarının azaldılmasına töhfə verək. Bizim COP29-dan gözləntilərimiz çoxdur. Ümid edirik ki, tərəfdaşlarımız verdikləri vədlərə əsasən resursları təmin edə biləcəklər”.

Seçilən
19
xalqqazeti.az

1Mənbələr