İstanbul Prokurorluğu qanunsuz lotereya oyunlarına təşviq etmə ilə bağlı araşdırma çərçivəsində aralarında müğənni Sərdar Ortac və şoumen Mehmet Ərbilin də olduğu 20 şübhəli şəxsin şəxsiyyətini müəyyənləşdirib və saxlanılması barədə qərar verib.
Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, saxlanılan 16 nəfər məhkəməyə çıxarılıb.
Sərdar Ortac və şoumen Mehmet Ərbil həbs tələbi ilə məhkəməyə göndərilib.
Şübhəlilər arasında sabiq futbolcu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var.