AZ

Millimizin qonaqları AFFA-dan nə istədi?

UEFA Millətlər Liqasının V turunda səfərdə Azərbaycan yığması ilə üz-üzə gələcək Estoniyanın səfər proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki, rəqib komanda noyabrın 14-də, axşam saatlarında ölkəmizə gələcək.

Qonaqlar AFFA-dan tribunada 35 nəfərlik yer istəyib. 4-5 estoniyalı jurnalistin də Qəbələdəki matçda iş başında olacağı gözlənilir.

Noyabrın 16-da Qəbələ şəhər stadionunda təşkil olunacaq Azərbaycan - Estoniya oyunu saat 18:00-da start götürəcək. Millimiz üç gün sonra İsveçin, estonlar isə Slovakiyanın qonağı olacaq.

Seçilən
35
sportinfo.az

1Mənbələr