Ukraynadakı münaqişəni həll etmək mümkün olmasa, ABŞ prezidenti postunu tutan Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini vəzifəsindən uzaqlaşdırmağa cəhd edə bilər.
Editor.az bildirir ki, bunu amerikalı politoloq Malek Dudakovun NEWS.ru-ya verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Tramp Zelenskinin rəhbərlik etdiyi hazırkı Ukrayna rəhbərliyinin mövqeyinə o qədər də maraq göstərmir. ABŞ prezidenti 2025-ci ildə Ukraynada seçkilərin keçirilməsində israr edə bilər və müttəfiqlərinin – Zelenskiyə müxalifətdə olan, Trampa və respublikaçılara şəxsən sadiq olanların hakimiyyətə gəlməsinə kömək edəcək.
Politoloq onu da qeyd edib ki, Tramp böyük ehtimalla Ukraynaya hərbi və maliyyə yardımını artırmayacaq. O, qeyd edib ki, Amerika hərbi-sənaye kompleksi və logistikası əvvəllər Ukrayna Silahlı Qüvvələrinə verilməyən silahları təmin etmək gücünə malik deyil. Eyni zamanda, Ukrayna münaqişəsinin nəticələrini böyük ehtimalla Avropa həll etməli olacaq.
//Samir Qurbanov, Editor.az