1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Portuqaliyanın "Sportinq" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Lissabon klubunu Juan Pereyra çalışdıracaq.
O, "Mançester Yunayted"in "sükanı arxası"na keçən Ruben Amorimi əvəzləyib. "Braqa" ilə dünən keçirilən qarşılaşma sabiq baş məşqçi üçün sonuncu olub.
Qeyd edək ki, 40 yaşlı Pereyra bunadək "Sportinq"in ikinci komandasını çalışdırıb. Sabiq sağ cinah müdafiəçisi futbolçu karyerasını 2021-ci ildə bitirdikdən sonra məşqçilik fəaliyyətinə start verib.