AZ

Harris ABŞ prezidenti ola bilər...

...Demokratlar Partiyasının siyasi müşaviri, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin keçmiş kommunikasiyalar direktoru Camal Simmons təqaüdə çıxan Cozef Baydenə yerini bir ay müddətinə Harrisə verməyi təklif edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Newsweek” bu barədə Simmonsun CNN telekanalındakı açıqlamalarına istinadən xəbər verir.

Xatırladaq ki,noyabrın əvvəlində ABŞ-da prezident seçkiləri keçirildi. Respublikaçı Donald Tramp onlara qalib gəlib. Onun rəqibi Harris indi Bayden administrasiyası ilə birlikdə Ağ Evi tərk etməli olacaq. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Əli Babayev

Seçilən
20
sia.az

1Mənbələr