AZ

Aİ deputatları gürcü müxalifətinin mitinqində - Şərtlər açıqlandı

Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, İsveç və Estoniyadan olan deputatlar gürcü müxalifətinin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə qarşı Tbilisidə keçirilən mitinqində çıxış ediblər.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Almaniya Bundestaqının Xarici Siyasət Komitəsinin sədri Maykl Rot səhnədən tamaşaçılara müraciət edərək bildirib ki, Almaniyadakı siyasi böhran səbəbindən bu, onun Gürcüstana sonuncu səfəri ola bilər. O, gürcüləri demokratiya uğrunda mübarizəyə çağırıb.

Etirazçılar Rustaveli prospektini bağlayıblar. Gürcüstan müxalifətinin liderləri onlara müraciət edib və bir daha bəyan ediblər ki, seçkilər saxtalaşdırılıb, nəticələrlə razılaşmaq niyyətində deyillər.

Aİ deputatları Tbilisiyə bazar ertəsi səhər gəliblər. Onlar Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüblər. Jurnalistlərin suallarını cavablandıran Rot Aİ nümayəndə heyəti adından bildirib ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyi yalnız Avropa strukturlarının müstəqil araşdırmasından sonra tanınacaq.

Bundan əlavə, onun sözlərinə görə, Gürcüstan hakimiyyəti belə bir araşdırmaya icazə verməsə, ona qarşı sanksiyalar tətbiq oluna bilər. O, seçkiləri qeyri-azad və ədalətsiz adlandırıb və onların kütləvi pozuntularla keçdiyini deyib.

Parlamentin spikeri Şalva Papuaşvili Aİ deputatların ilə görüşməkdən imtina edib.

Zaur, BakuPost
Seçilən
31
bakupost.az

1Mənbələr