AZ

''Qalatasaray''dan növbəti qələbə, Burukdan növbəti rekord

Türkiyə çempionatının 12-ci turu liderlərin oyunu ilə əlamətdar oldu.

Lider ''Qalatasaray'' tarixinin ən uğurlu startını reallaşdıran və tura ikinci pillədə daxil olan ''Samsunspor''u qəbul etdi. Osimhenin dubl etdiyi və Batşuayinin 4 oyunluq susqunluğa son qoyduğu qarşılaşmada İstanbul nəhəngi 3:2 hesablı qələbə qazandı. Osimhen superliqada keçirdiyi ilk 6 oyunun hər birində ən azı bir qolun vurulmasında yaxından iştirak edib. O son 10 ildə bunu bacaran ilk futbolçudu. ''Samsunspor'' superliqada ''sarı-qırmızılar''a qarşı ardıcıl 8-ci səfər oyununda məğlub oldu və ''Fənərbaxça''nı özündən irəli buraxaraq 3-cü pilləyə gerilədi. Bu mövsüm çempionatda ilk 11 oyuna 32 qol vuran ''Qalatasaray'' XXI əsrdə ən yaxşı göstəricisinə imza atıb.

Komanda daha öncə yalnız bir dəfə - 1998/99-da ilk 11 oyuna indikindən daha çox (35) qol vurub. Rekordların adamı Okan Buruk isə daha bir diqqətçəkən göstəriciyə nail oldu. O, əcnəbi məşqçilərə qarşı ardıcıl 12-ci qələbəsini qazandı və superliqa tarixində ilkə imza atdı. Buruk buna qədər rekordu Abdulla Avcı ilə bölüşürdü. Avcı mart 2020 - dekabr 2022 aralığında ''Trabzonspor''un başında əcnəbi məşqçilərə qarşı ardıcıl 11 qələbə qazanmışdı. Xatırladaq ki, ''Samsunspor''u almaniyalı Tomas Rays çalışdırır.

ƏLİ

Seçilən
18
football-plus.az

1Mənbələr