"ASAN xidmət" çox fantastik məkandır. Çox kompaktdır və başqa yerlərə getməyinizə ehtiyac yoxdur. Xidmətlər bir məkanda göstərildiyindən əlavə vaxt itkisi də baş vermir”.
“İki sahil” xəbər verir ki, bunu Keniya Respublikasının Baş naziri Musalia Mudavadi "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib.
"Biz düşünürük ki, "ASAN xidmət" təcrübəsinin Keniya ilə paylaşılması və ixracına yönələn Anlaşma Memorandumunun imzalanması işlərinə başlaya bilərik. Hazırda bizim dövlət xidmətləri nazirimiz sırf həmin konsepsiyanın öyrənilməsi və əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Azərbaycandadır. Əminəm ki, Azərbaycandan Keniyaya texnologiya transferi və dövlət xidmətləri sahəsində təcrübənin paylaşılması gələcəkdə xüsusi vacib nəticələr verəcək", - deyə Keniyanın Baş naziri bildirib.