AZ

Türkiyə klubunun sabiq prezidentinə hökm oxundu: Həbsxanada yatacaq

“Ankaragücü”nün sabiq prezidenti Faruk Koca ötən mövsüm hakimə hücum etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Publika.az bildirir ki, Super Liqanın “Ankaragücü” – “Rizespor” matçının (1:1) final fitindən sonra Koca meydançaya qaçaraq baş hakim Halil Umut Melərə hücum edib. Hakim zərbənin təsirindən qazona yıxılıb. Digər “Ankaragücü” təmsilçiləri də hakimə təpik atıblar.

Nəticədə məhkəmə Faruk Kocanı hakimə hücum etməkdə təqsirli bilib və 3 il yarım müddətinə azadlıqdan məhrum edib.

Seçilən
21
publika.az

1Mənbələr