AZ

İndi İranın nüvə obyektlərini məhv etmək daha asandır - İsrael Katz

İranın nüvə obyektləri daha həssas vəziyyətə düşüb ki, bu da İsrailin mövcudluğuna təhlükəni aradan qaldırmağa imkan verir.

Turkustan.az xəbər verir ki, bunu İsrailin yeni müdafiə naziri İsrael Katz Baş Qərargah rəisi Hertsi Halevi və israilli generallarla görüşdə deyib.

"Əsas vəzifələrdən biri İrandır. İran bu gün onun nüvə obyektlərinə zərbə vurmaq üçün həmişəkindən daha zəifdir. İndi ən mühüm vəzifəyə - İsrail dövlətinin məhv edilməsi təhlükəsini aradan qaldırmaq, Tehranı nüvə silahı əldə etməkdən çəkindirməyə nail olmaq üçün imkan var ”, - deyə Katz bildirib.

Müdafiə Nazirliyi rəhbərinin Baş Qərargah rəisi ilə görüşdəki çıxışının videosunu İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

"Bunun (İrandan İsrailə nüvə təhlükəsinin qarşısının alınmasının) mümkün olduğu barədə bir anlayış da var" deyən Katz, İsraildə bu mövzuda "geniş milli konsensusun" olduğunu qeyd edib. /bakupost.az/

Seçilən
18
1
turkustan.az

2Mənbələr