AZ

Şarl Mişeldən COP29 paylaşımı: "Kollektiv intihar yerinə..."

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında “ədalətli və inklüziv keçid” üçün çağırış edib.

Publika.az xəbər verir ki, bu barədə belçikalı siyasətçi “X” sosial şəbəkəsində qeyd edib.

“Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik”, – o yazıb.

O, Avropa icmasının “bu çağırışı qəbul etməyə hazır” olduğunu vurğulayıb.

Seçilən
20
16
publika.az

10Mənbələr