AZ

Uşağınızın yuxu rejimi sizi narahat edir? - həll yolları

Yaxşı yuxu yatmaq uşaq üçün vacibdir, çünki o, fiziki və zehni inkişafı dəstəkləyir, immunitet sistemini gücləndirir və emosiyaların öhdəsindən gəlməyə kömək edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, alimlər yatmazdan əvvəl ekran qarşısında qalma vaxtının azaldılmasının uşaqların yuxu keyfiyyətinə müsbət təsir etdiyini bir daha təsdiqləyiblər.

Bununla bağlı araşdırma aparılıb. Araşdırmada 16-30 aylıq uşaqları olan 105 ailə iştirak edib. 

Valideynlər iki qrupa bölünüb: Birinci qrupda valideynlərdən yatmazdan bir saat əvvəl ekranları tamamilə ləğv etmələri istənib, onun oxuma, tapmaca və ya oyunlar kimi sakit fəaliyyətlərlə əvəz edilməsi təklif edilib. İkinci qrupda valideynlərə ekran vaxtı ilə bağlı konkret göstərişlər verilməyib.

Nəticələr göstərib ki, ekransız qrupdakı körpələrin yuxu keyfiyyəti yaxşılaşıb. Uşaqlar daha tez yuxuya gediblər. Həmçinin, yuxuları daha sabit, gecə oyanmaları isə nisbətən az olub. Bu, yatmazdan əvvəl ekran vaxtının körpələrin təbii yuxuya hazırlıq proseslərini pozduğunu təsdiqləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
23
2
milli.az

3Mənbələr