Belarus rəsmi olaraq BRİKS-in “tərəfdaş”ı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 5-də Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda Belarusun BRİKS-ə “tərəfdaş” olaraq qoşulmağa hazır olduğunu bildirib.
Qeyd edilib ki, Belarus xarici işlər naziri Maksim Rıjenkov məktubu Rusiyanın Minskdəki səfiri Boris Qrizlovu qəbul etdiyi zamanı çatdırıb və deyib: “Yazılı dəvətə rəsmi cavab tərəfdaş statusunun alınması prosedurunun məcburi elementidir. Bu andan etibarən ölkə rəsmi olaraq BRICS tərəfdaşı hesab olunur”.
Nazirlik bəyan edib ki, Belarus bununla da BRICS-in lazımi standart və meyarlarına uyğunluğunu təsdiqləyib və BRİKS tərəfdaş ölkələri modelinin rəhbər prinsiplərinə əməl etməyə razılaşıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”