AZ

Oyun vasitəsilə insanları aldadan məşhur dələduzla bağlı MƏHKƏMƏ QƏRARI

"Tosuncuk" ləqəbi ilə tanınan və "Çiftlik Bank" adlı internet oyunu vasitəsilə on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyən Mehmet Aydının mühakimə olunduğu məhkəmə prosesində müvəqqəti qərar verilib.

Publika.az xəbər verir ki, "Tosuncuk"un həbsinin davam etdirilməsinə qərar verilib.

Məlumata görə, məhkəmə təxirə salınıb və Mehmet Aydınla bağlı növbəti iclasda yekun qərar veriləcək. Növbəti iclasın 3 fevral 2025-ci il tarixində keçiriləcəyi bildirilib.

Xatırladaq ki, əhali arasında "Çiftlik Bank" kimi tanınan və qazanc əldə etmək vədi ilə bir çox vətəndaşa zərər verən sistemin qurucusu və iki ildən artıqdır qaçaq olan Mehmet Aydın Türkiyənin tələbi ilə Braziliya tərəfindən deportasiya edilmişdi.

"Çiftlik Bank" adlı internet oyunu vasitəsilə on minlərlə insanın külli miqdarda vəsaitini fırıldaqçılıq yolu ilə mənimsəyərək Uruqvaya, ardınca isə Braziliyaya qaçan "Tosuncuk" ləqəbli Türkiyə vətəndaşı Mehmet Aydın xüsusi təyyarə ilə ölkəsinə gətirilmişdi.

Qeyd edək ki, Mehmet Aydın 2016-cı ilin avqust ayında qurduğu "Çiftlik Bank" adlı internet oyunu vasitəsilə 132 222 nəfər müştərinin bir milyard 139 milyon türk lirəsini mənimsəyərək ölkədən qaçmışdı. O, Türkiyənin təhlükəsizlik qüvvələri və "İnterpol" tərəfindən axtarışda idi.

Seçilən
14
2
publika.az

3Mənbələr