AZ

Əməkhaqqı və pensiyalar artırılacaq - Nazir AÇIQLADI

Həm minimum əməkhaqqı, həm də pensiyalar artırılacaq. 

Bunu "Unikal"ın sualına cavabında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Həmçinin nazir bildirib ki, bununla bağlı təkliflər hazırlanıb və dövlət büdcəsinin daxilində nəzərə alınıb: "Dövlət büdcəsinin müzakirəsi yekunlaşdıqdan sonra elan ediləcək".

O qeyd edib ki, hər il ölkədə həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılır.

Anar Kəlbiyev 

Seçilən
35
2
unikal.az

5Mənbələr