Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
“Qafqazinfo”nun məlumatına görə, noyabrın 11-də start götürən tədbirin ikinci günündə Baş Prokuror Kamran Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, mədəniyyət naziri Adil Kərimov, Prezident köməkçiləri, Ombudsman, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edir.