“Fənərbağça”nın futbolçusu Aleksander Ciku Qana millisinin heyətindən kənarlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi zədə səbəbindən yığmanın Afrika Millətlər Kubokundakı oyunlarını buraxacaq.
Ciku Super Liqanın XII turunda keçirilən “Fənərbağça” – “Sivasspor” oyununda (4:0) zədə alıb.